AZ

​İspaniyaya sel nəticəsində 20 milyard avrodan çox zərər dəyib

İspaniyanın şərq və cənub bölgələrini viran qoyan sel fəlakəti nəticəsində maliyyə sektoruna 20 milyard 584 milyon avro zərər dəyib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın Mərkəzi bankı məlumat yayıb. Bildirilir ki, seldən 561 mindən çox insan zərər çəkib. Zərərə baxmayaraq, maliyyə sektorunun sabitliyi ilə bağlı heç bir narahatlıq olmayacaq. Məlumata görə, daşqın bölgələrindəki bankomatların 9 faizi xidmətdən çıxıb. 298 bank şöbəsindən 37-si hələ də bağlıdır. Mərkəzi Bank öz hesabatında onu da qeyd edib ki, daşqın fəlakətinin dördüncü rübdə ölkənin ümumi daxili məhsuluna 0,2 faiz bənd mənfi təsir göstərməsi ehtimalı var. Daşqın nəticəsində ölənlərin sayı 226-ya çatıb.13 nəfərin hələ də itkin düşdüyü bildirilir.

Seçilən
39
metbuat.az

1Mənbələr