AZ

İsrail ABŞ-yə söz verdi

İsrail ABŞ-yə fələstinliləri Qəzzanın şimalından çıxarmayacağına və onların humanitar yardımdan qidaya çıxışını təmin edəcəyinə söz verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə \"Axios” portalı məlumat yayıb.

\"İsrail keçən həftə ABŞ Prezidenti Co Bayden administrasiyasına rəsmi olaraq söz verdi ki, fələstinliləri Qəzzanın şimalından zorla çıxarmaq və ya oradakı mülki insanları aclıqdan öldürmək niyyətində deyil”, - ABŞ-yə ünvanlanan sənəddə bildirilib.

Qeyd edək ki, sənəd ABŞ dövlət katibi Antoni Blinkenə və Pentaqonun rəhbəri Lloyd Ostinə ünvanlanıb. Sənədi İsrailin strateji planlaşdırma naziri Ron Dermer və onun Müdafiə Nazirliyindəki həmkarı İsrael Katz imzalayıb.
Seçilən
0
5
azxeber.com

6Mənbələr