AZ

"Orta Dəhliz vasitəsilə Azərbaycandan 600 blok qatar keçəcək" - NAZİR

Gələn il Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən 600 konteyner blok-qatarı göndəriləcək, gələcək hədəf isə bu göstəricini ildə 1000 blok-qatara çatdırmaqdır.

Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

"Cari ilin yekunlarına görə Orta Dəhliz vasitəsilə 300-dən çox konteyner blok-qatarın keçməsini gözləyirik", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan limanları üzrə dəhliz boyunca yüklərin orta tranzit çatdırılma müddəti 10 gün, Gürcüstan (Poti və Batumi) limanları üzrə isə 12 gündür.

R.Nabiyev vurğulayıb ki, ötən il Azərbaycan üzərindən yük tranzitinin həcmi 13,4 milyon ton təşkil edib ki, bunun da 4,3 milyon tonu Orta Dəhlizin payına düşüb.

"Biz tranzit daşımalarının sabit artımını görürük və Çindən qatarların hərəkətini sadələşdirməyə davam edirik. Növbəti hədəfimiz blok-qatarların sayını 1000-ə (ildə) çatdırmaqdır", - nazir vurğulayıb.

O hesab edir ki, Orta Dəhliz qlobal tranzit variantlarını tamamlayan etibarlı və səmərəli keçidə çevrilib.

Seçilən
26
avtosfer.az

1Mənbələr