AZ

Ukrayna dayanmır: İndi də kamikadzelərlə hücum etdi

Ukrayna ordusu kamikadze-dronlarla Belqorod vilayətində iki kəndə hücum edib. Nəticədə bir mülki şəxs yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru məlumat yayıb.

O bildirib ki, kamikadze-dronlarla Krasnaya Niva və Borisovka kəndlərinə hücum edilib. Krasnaya Nivada PUA yola düşüb və zərbədən yaxınlıqdakı olan qadın yaralanıb, Borisovkada isə minik avtomobili vurulub, partlayış dalğası ticarət mərkəzinə də ziyan verib.

Qeyd edək ki, Ukrayna ötən gün ATACMS, bu gün isə “Storm Shadow” raketləri ilə Rusiyaya ağır zərbələr endirib.

Seçilən
14
axar.az

1Mənbələr