AZ

2025-ci ildən dövlət-özəl tərəfdaşları idxal üçün gömrük rüsumlarından azad olacaq

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaşlar tərəfindən texnika, avadanlıq, qurğu, xammal və materialların idxalı gömrük rüsumlarından azad ediləcək.

Fins.az xəbər verir ki, bu dəyişiklik “Gömrük tarifi haqqında” qanuna təklif edilən yenilikdə yer alıb.

Azadolma şərtləri:

  • Özəl tərəfdaşlar "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq təsdiqedici sənəd almalıdırlar.
  • İdxal olunan mallar, dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən edilən müddətə, lakin 30 ildən çox olmamaqla (tikinti dövrü daxil olmaqla) gömrük rüsumlarından azad olacaq.

Dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və özəl sektorun bu cür layihələrdə iştirakını stimullaşdırmağa yönələcək.
 

Fuad Mədətov
Fins.az

Seçilən
32
fins.az

1Mənbələr