Alimlər, piylənmənin şəkərli diabetin yaranmasında yalnız insulin siqnalının pozulmasından deyil, stress hormonlarının rolunun da olduğunu kəşf ediblər.
E-saglam.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Cell Metabolism” jurnalında yayımlanıb.
Əvvəlcə, piylənmənin qaraciyər və yağ hüceyrələrində insulin siqnalını pozaraq diabetə səbəb olduğu düşünülürdü. Lakin yeni tədqiqatlar göstərir ki, həddindən artıq yemək və piylənmə bu xəstəliyi fərqli bir şəkildə yaradır. Tədqiqatçılar, artıq çəkinin simpatik sinir sistemini aktivləşdirərək insulin siqnalı normal olsa belə, insulin tərəfindən qlükozanın azalmasına qarşı müqavimət göstərdiyini irəli sürüblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yüksək kalorili pəhrizlər norepinefrin adlı stress hormonunun səviyyəsini artırır, bu da bir neçə gün ərzində simpatik sinir sisteminin aktivliyini yüksəldir. Araşdırmanın növbəti mərhələsində, hormonları istehsal etməyən genetik olaraq dəyişdirilmiş siçanlar istifadə edilib. Bu siçanlar, yüksək kalorili pəhrizlə belə, piylənmə yaşayaraq şəkərli diabet inkişaf etdirməyiblər.
Bu tədqiqat, piylənmə, stress və diabet arasındakı əlaqələri daha dərindən başa düşməyə kömək edir və gələcəkdə metabolik pozğunluqların qarşısını almaq üçün yeni müalicə üsullarının inkişafına imkan yaradır.
E-saglam.az