Rus qoşunları Zaporojye istiqamətində Vremevkaya doğru irəliləyir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının Suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov məlumat verib.
Roqov qeyd edib ki, Vremevkaya ələ keçirildikdən sonra adı dəyişdiriləcək. Yeni adı Veliko-Novoselovski olacaq.