ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə təsdiqləndikdən sonra Ukraynaya nüvə silahı verə bilər.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Daily Express” çıxış edib.
Nəşr yazır ki, Trampın Kiyevi Moskva ilə güzəştli sülhə məcbur edəcəyi deyilir. Lakin bəzi ekspertlər Trampın fərqli yanaşma sərgiləyə biləcəyini iddia edirlər.
Təhlükəsizlik və müdafiə üzrə ekspert Nikolas Drummond “Daily Express”ə açıqlamasında hətta Donald Trampın Kiyevə nüvə silahı verə biləcəyini deyib:
“Növbəti 4 ildə Rusiya yenidən silalanacaq. Həmçinin Ukrayna da itkilərini bərpa etməyə çalışacaq. Bu zaman ABŞ Ukraynaya nüvə silahı verə bilər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta