AZ

“Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq...”

...Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada atəşkəs rejimini müzakirə etməyə hazırdır, lakin hər hansı əhəmiyyətli ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməsində israr edir.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters bunu mənbələrə istinadən xəbər verir.

...Rusiyanın beş hazırkı və keçmiş rəsmisi bildiriblər ki, Kreml ümumilikdə cəbhə xətti boyunca münaqişənin dondurulması ilə razılaşa bilər. Nəşrin həmsöhbətləri onu da bildirdilər ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “bölünməsi” ilə bağlı danışıqlar aparmaq imkanı ola bilər, çünki Rusiya Federasiyasının bütün bu bölgələrin guya onun bir hissəsi olması barədə bəyanatlarına baxmayaraq, işğalçı qüvvələr bu ərazilərin yalnız 70-80faizinə nəzarət edir. Eyni zamanda, rəsmilərin fikrincə, Rusiya Xarkov və Nikolayev vilayətlərində tutduğu nisbətən kiçik ərazilərdən qoşunlarını çıxarmağa razılaşa bilər.

Hər iki mənbə həmçinin bildirib ki, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya ABŞ-ın ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirməsinə icazə vermək qərarı “hər hansı nizamlanmanı çətinləşdirə və gecikdirə, eləcə də Moskvanın tələblərini gücləndirə bilər”.

...Nəşrin həmsöhbətlərinin fikrincə, atəşkəslə bağlı razılaşma əldə olunmasa, Rusiya mübarizəni davam etdirəcək. Bundan əlavə, qeyd edilir ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına və ya Ukrayna ərazisində Alyans qoşunlarının olmasına “icazə verməsə” də, Kiyev üçün təhlükəsizlik təminatlarının “müzakirəsinə açıqdır”.

...Ukraynadan Kremlin israr edə biləcəyi digər güzəştlərə Kiyevin silahlı qüvvələrinin sayını məhdudlaşdırmaq barədə razılaşma və “rus dilindən istifadəni məhdudlaşdırmamaq” öhdəliyi daxildir.

Sovet İttifaqından ABŞ-a emiqrant, Amerika məsələləri üzrə ən nüfuzlu rusiyalı ekspertlərdən biri olan Dmitri Sims hesab edir ki, atəşkəs razılaşması nisbətən tez bağlana bilər. Eyni zamanda, həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə alan daha geniş, uzunmüddətli sazişin bağlanması son dərəcə çətin olacaq, deyə o əlavə edib. ...Məncə, böyük razılığa nail olmaq çox çətin olacaq, çünki hər iki tərəfin mövqeləri bir-birindən çox uzaqdır.

Əli Babayev

P.S: Vladimir Putin Ukraynada müharibənin dondurulması variantını rədd edir. SİA-nın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü, noyabrın 20-də keçirdiyi brifinqdə deyib. O, iddia edib ki, Moskvanın Ukraynadakı müharibə ilə bağlı “məqsədlərinə çatması vacibdir” və dondurma variantı guya Kreml üçün qəbuledilməzdir.

Seçilən
26
sia.az

1Mənbələr