AZ

Ukrayna 26 rus əsgərini əsir götürdü

"Ukrayna ordusu mübadilə fondunu doldurmağa davam edir. 80-ci Qalisiya Hava Hücum Briqadasının əsgərləri Kursk vilayətində gedən döyüşlər zamanı 26 rus əsgərini əsir götürüblər".

Bakupost.az xəbər verir ki, bunu Ukraynanın "Zerkalo nedeli" portalı bildirib.

O da qeyd olunur ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 16 döyüşçüsü mühasirədən xilas edilib.

"Bir neçə gün əvvəl baş verən Rusiya hücumlarından biri zamanı ukraynalı desantçılar xeyli sayda rus hərbçini məhv ediblər", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, NYT-nin məlumatına görə, Rusiya Ukrayna Silahlı Qüvvələrini Kurskdan sıxışdırıb çıxarmaq üçün Şimali Koreyadan 50 min əsgər toplayıb. Onlar hazırda rayonun qərb bölgəsində birgə məşq edirlər.

Zaur, BakuPost
Seçilən
34
bakupost.az

1Mənbələr