AZ

Qədim dövrlərdə insanlar niyə 30 saat ölü balinanın içində otururdular?

Revmatizm üçün isti su şüşəsi və ya masaj sınamış ola bilərsiniz. Ölü balinanın içərisinə girməyi heç düşünmüsünüzmü? Bəli, 19-cu əsrdə Avstraliyada insanlar revmatizmi müalicə etmək üçün könüllü olaraq ölü balinaların içində saatlarla gözləməyə başlayırdılar. 

 

Sfera.az qeyri-adi müalicə üsulu haqqında yazı təqdim edir. 

 

1896-cı ildə “The New York Times” qəzetində dərc olunan xəbərə görə, Avstraliyanın Eden qəsəbəsində yaşayan bir adam sahildə balina leşini görüb və onun içinə girmək qərarına gəlib. Bir az sərxoş olan kişinin dostları bu qəribə zarafatın şahidi olub və heyrətləniblər.

 

Amma kişi içəridə olarkən həm istilik, həm də qoxunun ağırlığı dostlarının onu çölə çıxarmasına mane olub.

 

Hadisənin təəccüblü tərəfi o olub ki, kişi çölə çıxanda illərdir çəkdiyi revmatizm ağrılarının tamamilə yoxa çıxdığını iddia edib. Bu fenomen sürətlə yayıldı və "balina terapiyası" adlı məşhur bir müalicə üsuluna çevrilib.

 

Eden qəsəbəsindəki bu qeyri-adi təcrübədə revmatizm xəstələri ölü bir balina içərisinə girərək 30 saat gözləyəcəkdilər. Bu uzun gözləmədən sonra bəzi insanlar təxminən bir il ərzində ağrıların azaldığını bildiriblər.

 

Balina müalicəsi üçün ölü balinanın içərisində deşik açılır və xəstə başı çöldə olmaqla bu çuxura yerləşdirilirdi. İçəridəki istilik və çürümə səbəbindən bədənin ağrıdan təmizləndiyinə inanılırdı.

 

Ancaq müalicə zamanı yaşanan pis qoxuların və narahat mühitin revmatizmin özündən daha çətin ola biləcəyi düşünülürdü.

 

Bu qeyri-adi üsulun arxasında isə heç bir elmi əsas yox idi. Avstraliya Milli Dəniz Muzeyinin kuratoru Mişel Linderin sözlərinə görə, balina müalicəsini sınaqdan keçirən insanlar sadəcə olaraq “özlərini daha yaxşı hiss etdiklərini” iddia edirdilər.

 

Aynil

Seçilən
15
sfera.az

1Mənbələr