AZ

Oğlu oğurluq edən ana satıcıya hücum çəkdi

Çində içki oğurlayan oğlan yaxalanıb. Bundan sonra isə ana satıcı qadına hücum edib, mühafizəçini dişləyib.

 

Sfera.az bildirir ki, balaca uşaq bir fincan südlü çay oğurlamaq qərarına gəlib. Hadisə qadın iki oğlu ilə Quançjouda alış-verişə gedən zaman baş verib.

 

Belə ki, oğlan müştərilərdən birinin artıq içdiyi və fincandan bir neçə qurtum aldığı məhsulu “oğurlamaq” qərarına gəlib. Mağaza işçisi onu tez saxlayıb qışqırmağa başlasa da, ana uşağı müdafiə etmək qərarına gəlib və satıcı ilə mübahisə etməyə başlayıb.

 

Ana hesab edir ki, mağaza işçisi uşağa qışqırmağa başlayanda səhv hərəkət edib və bu səbəbdən dava başlayıb.

 

"Uşağınızın südlü çay oğurlamasına haqq qazandırmaq olarmı?" - deyəmqəzəbli mağaza işçisi soruşub. 

 

Bu ifadədən sonra iki uşaq anası əsəbiləşərək satıcı qadına tərəf bir neçə addım ataraq saçından tutub və zərbələr endirməyə başlayıb. Onu mağazadan çıxarıb, yerə yıxıb və döyməyə başlayıb.

 

Vəziyyəti yoldan keçən şəxs hücumu dayandıraraq həll edib, bundan sonra qadın cəld iki oğlunun əlindən tutub hadisə yerini tərk etmək istəyib, lakin mühafizəçi buna mane olub.

 

Bir neçə zərbədən sonra qadın gözlənilmədən mühafizəçini dişləyib, buna cavab olaraq mühafizəçi qadının üzünə vurub. Bundan sonra əlləri açılan qadın çantasından meyvə bıçağı çıxararaq yoldan keçənlərə tərəf tuşlayıb.

 

Xəsarət alan mağaza işçisi müayinə üçün xəstəxanaya gedərək polisə ərizə yazıb, lakin onu döyən qadının saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur. Hadisə polis tərəfindən araşdırılır.

 

Aysel

Seçilən
42
sfera.az

1Mənbələr