AZ

COP29-un 10-cu günündə gündəmdə olan müzakirələr

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un onuncu günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, 20 noyabr tarixində şəhərləşmə, nəqliyyat və turizm sahələrinin dayanıqlı iqlim şərtlərinə necə uyğunlaşdırılması ilə bağlı müzakirələr gündəmdə olub. İqlim və şəhərləşmə mövzusunda nazirlər və merlərin yüksəksəviyyəli dəyirmi masası keçirilib.
Hədəf isə şəhərlərdə dayanıqlılığa və sağlam həyat şəraitinə nail olmaq olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyimizə görə qürur duyduğunu deyib:
"Bu kontekstdə şəhərsalmada İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə İnstitutunun yaradılmasına dair ilk praktiki addımları atmağa hazır olduğumuzu bəyan edirik. Koalisiyanın təsis olunması ilə biz şəhərlərimizin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşacağı barədə ciddi mesaj veririk. İnanıram ki, təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə biz dayanıqlı, sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik".
Günün əsas müzakirələrindən biri turizm sahəsində iqlim fəaliyyətlərinin genişləndirilməsi olub. Müzakirələrdə iştirak edən Şimali Makedoniyanın turizm naziri Zoran Lyutkov COP29-dakı müzakirələrin ölkəsinin turizm potensialını artırmaq üçün yaxşı təcrübə olduğuna diqqət çəkib.
"Mədəniyyət və irs çox önəmli dəyərlərdir. Mənim ölkəmdə - Makedoniyada keçmişə aid çoxlu mədəni, arxeoloji, bədii nümunələr, şəhərlər var. Buna görə zəngin turizm ənənələri olan ölkələrdən önəmli məqamları dinləyir, onlardan öyrənirik. Çünki biz turizm sahəsində yeniyik", - deyə o vurğulayıb.
Ətraflı süjetdə:
Seçilən
29
oxu.az

1Mənbələr