Şərhləri ilə tez-tez gündəm yaradan baş məşqçi Sergen Yalçın "Fənərbağça" klubuna transferlə bağlı məsləhət verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, vaxtilə "Beşiktaş"da oynayan Anderson Talişka ilə 32 milyon avroluq təklif gəldiyi iddia olunan hücumçu Yusuf En-Nesyri ilə bağlı maraqlı fikir səsləndirib.
Sergen Yalçın "Kafa Sports"aı deyib ki, Talişkaya 13 milyon avro ödəmək "olmaz: "Mən ona o qədər pulu vermərəm. "Beşiktaş"da oynayan Talişka ilə indiki Talışka arasında fərqi görmürsünüz?
Düzdür, yaşı çox da irəliləməyib, ancaq 13 milyonluq deyil. Və ən əsasəı, onun transferi komandada tarazlığı pozar! Qaldı En-Nesyri üçün gələn təkliflərlə bağlı iddialara, inanın, əgər ona və hətta Tüqrkiyədə istənilən bir oyunçuya 32 milyon avroluq təklif gəlsə, düşünmədən yanına bir futbolçu da qatın, verin getsin. Tam səmimi deyirəm. Türkiyədə hazırda o qiymətə oyunçu yoxdur, hələ En-Nesyri... Güldürməyin insanları..."
Fərid Aslan
MİA.AZ