AZ

14 yaşlı oğlan borc üstündə ÖLDÜRÜLDÜ

14 yaşlı oğlan borc üstündə öldürüldüTürkiyədə 14 yaşlı Səlim Attal adlı oğlan 500 lirə borcunu qaytara bilmədiyi üçün öldürülüb.

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece səmtindəki Söğütlü Çeşmə məhəlləsinin sakinləri ötən gün baş verən qətl hadisəsi ilə sarsılıb.

Belə ki, Əli adlı şəxs verdiyi 500 lirə borcunu almaq üçün dostları ilə Səlim Attalın yanına gedib. Küçədə 4 nəfərlə borclu şəxs arasında mübahisə düşüb. Mübahisəsi qısa zamanda davaya çevrilib.

Əli avtomobilində olan silahı götürərək dəfələrlə atəş açmağa başlayıb. Bu zaman Səlim Attal ağır yaralanıb.

Ətrafdakıların məlumatı üzərinə hadisə yerinə təcili tibbi yardım və polis cəlb edilib.

Əraziyə gələn həkimlər Səlimin öldüyünü müəyyən edib. Şübhəlilər polis tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq başladılıb.


Seçilən
52
news24.az

1Mənbələr