AZ

Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Mərkəzi İqlim İnstitutunun alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi son altı ildə qasırğa küləklərinin gücünü artırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı araşdırma "Environmental Research: Climate" (ERC) elmi jurnalında dərc olunub.
Mütəxəssislər 2019-2024-cü illərdə Atlantik okeanında baş vermiş tufanları təhlil ediblər. Araşdırmalar göstərib ki, bu dövrdə fəlakətlər zamanı küləyin orta sürəti 29 km/saat (saniyədə 8 m) artıb.
2019-cu ildən bəri səkkiz qasırğa: 2019-cu ildə "Umberto", 2020-ci ildə "Zeta", 2021-ci ildə "Sem" və "Larri", 2022-ci ildə "Erl", 2023-cü ildə "Franklin" və 2024-cü ildə "Ayzek" və "Rafael" küləklərinin sürətini ən azı 40 km/saat artırıb. "Umberto" və "Zeta" qasırğaları isə küləklərə maksimal 50 km/saat sürəti əlavə ediblər.
Qeyd olunur ki, qasırğaların gücünün artmasında daha isti dəniz suyu rol oynayıb.
Bu ilin noyabrında "Rafael" tropik qasırğası da daxil olmaqla üç qasırğada iqlim amili küləyin sürətini artırıb.
Tədqiqatçılar bildiriblər ki, son altı il ərzində araşdırılan qasırğaların 85%-də iqlim dəyişikliyinin fırtınaların gücünə təsir etdiyinə dair sübutlar tapıblar.
Seçilən
95
3
oxu.az

6Mənbələr