AZ

TƏCİLİ XƏBƏR❗ Qarabağ Qaziləri iş adamı üçün xalqa çağırış etdi (Video)

Qarabağ müharibəsi qaziləri, “Quseynoff” MMC-nin sahibi və iş adamı Emin Hüseynova dəstək verərək, onun zavodunun bağlanması ilə bağlı yayılan şayiələrin əsassız və yalan olduğunu vurğulayıblar.

Yerli.media xəbər verir ki, onlar qeyd ediblər ki, “Quseynoff” MMC-yə məxsus zavod və “Demonn” MMC şirkətləri fəaliyyətini davam etdirir və hər hansı bir fəaliyyət dayandırılması ilə bağlı məlumatlar doğru deyil. Bu dəstək, həmçinin Emin Hüseynovun vətənpərvərliyini və cəmiyyətə verdiyi töhfələri bir daha təsdiq edir.Qazilər, “Quseynoff” MMC və “Demonn” MMC şirkətlərinin fəaliyyətini davam etdirdiyini bildirərək, insanları bu cür əsassız məlumatlara inanmağa çağırıblar.Onlar həmçinin vurğulayıblar ki, Emin Hüseynov daim Qarabağ qazilərinə və şəhid ailələrinə maddi, mənəvi dəstək göstərir və bu xeyriyyə fəaliyyətinə davam edir. O, bu sahədə göstərdiyi fədakarlıq və yardımlar ilə tanınır və cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusən də müharibə əlillərinə və şəhid ailələrinə böyük dəstək verir. Bu fəaliyyətlər, onun vətəninə və millətinə olan sadiqliyini və insanlara qarşı göstərdiyi diqqətini əks etdirir.”O, həmçinin Qarabağ qaziləri və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstək olur. Bu xüsusiyyətlər onun iş adamı kimi fəaliyyətində və cəmiyyətə verdiyi töhfələrdə özünü göstərir” -deyə qazilər vurğulayıblar.

Seçilən
80
1
yerli.media

2Mənbələr