AZ

Qızılın qiyməti yenidən bahalaşdı

Qızılın unsiyası 2650 ABŞ dollarını keçdi
2024-cü ilin dekabr ayı üzrə qızılın fyuçers qiyməti 2650 ABŞ dollarını keçib.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "Investing.com" məlumat yayıb.

Qızılın günlük qiymət diapazonu 2621,95 ilə 2652,45 dollar arasında dəyişib.

"Goldman Sachs" analitiklərinin fikrincə, 2025-ci ildə qızılın qiyməti 3000 dollara qədər yüksələ bilər. Bu artımın əsas səbəbləri kimi mərkəzi bankların aktiv qızıl alışları və faiz dərəcələrinin azalması göstərilir.

Həmçinin, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın siyasəti və onun nəticəsində yaranacaq ticarət gərginliyinin eskalasiyası da təsir edən amillər arasında yer alır.

Qeyd edək ki, 14 noyabrda qızılın qiyməti iki ay ərzində ilk dəfə olaraq 2550 dollardan aşağı düşmüşdü. Həmin dövrdə qızılın qiyməti ardıcıl beş gün ərzində enmiş və Trampın seçkilərdə qalib gəlməsindən sonra ümumilikdə 7 faizdən çox dəyər itirmişdi.

Seçilən
77
3
olke.az

4Mənbələr