AZ

Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapılıb

Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibə zamanı oğurlanan silah-sursatların bir qismi tapılıb.

Bu barədə “Far.Az” “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Malatiya şöbəsinə vətəndaşın qanunsuz silah və sursata malik olması barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanına 44 günlük müharibədən sonra cəbhədən gətirilən və bağa atılan silah və sursat barədə bildirilib. Polis əməkdaşları su kəməri yaxınlığında 1,5 km radiusda çoxlu sayda silah-sursat aşkarlayıblar.

Məlumata görə, 9 ədəd tapança, 9 tüfəng, 1 ədəd avtomat silah, 1 086 müxtəlif çaplı güllə, 21 qumbara, 11 partlayıcı maddə, habelə digər silah-sursat aşkarlanıb.

Faktla bağlı Malatiya-Sebastiya İnzibati Dairəsinin İstintaq İdarəsində cinayət işi başlanıb.

Seçilən
14
6
far.az

10Mənbələr