AZ

Süni intellekt insanı şoka saldı: "Ölməlisən"

ABŞ-da “Google” tərəfindən hazırlanan süni intellektli “chatbot” kömək istəyən tələbəyə dəhşətli cavab verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 29 yaşlı Vidhay Reddi “Google”-un süni intellekt “chatbot”u “Gemini”dən yaşlıların üzləşdiyi çətinliklərlə bağlı sual verib.

Lakin istifadəçi sualına “Lütfən öl, lütfən” cavabını alıb. O, məruz qaldığı zorakılıqdan təəccüblənib: "Çox qorxduq. Bütün cihazlarımı pəncərədən atmaq istədim".

“Google" açıqlamasında süni intellektin bəzən mənasız cavablar verə biləcəyini iddia edib: "Bu cavab bizim siyasətlərimizi pozdu və oxşar hadisələrin baş verməməsi üçün hərəkətə keçmişik".


Seçilən
11
2
news24.az

3Mənbələr