AZ

Qazaxıstan pavilyonunda iqlim problemlərinin həllində təhsilin rolu müzakirə edilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan pavilyonunda “İnsan kapitalı və davamlı gələcək: iqlim davamlılığının gücləndirilməsində təhsilin, gənclərin və innovasiyaların rolu” tematik tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin əsas məqsədi davamlı inkişaf üçün təhsilin əhəmiyyətini vurğulamaq, eləcə də iqlim problemlərinin həllində gənclərin, QHT-lərin və vətəndaş cəmiyyətinin rolunu açmaq olub.

İştirakçılar ali təhsil sahəsində cari işləri, hökumətlərin və beynəlxalq təşkilatların təşəbbüslərini müzakirə ediblər.

“LCOY Qazaqstan” Milli Gənclər Konfransının nəticələri və beynəlxalq arenada gələcək fəaliyyətlər üçün əsas kimi Qazaxıstan gənclərinin bəyanatının mətni nəzərdən keçirilib.

Seçilən
25
1
sia.az

2Mənbələr