AZ

“Hamı mənə nifrət edirdi”

"Ayntraxt"ın futbolçusu Mario Götze Dortmund "Borussiya"sından "Bavariya"ya keçidi haqda danışıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə deyib: 

"Uşaqlıqda mən peşəkar futbolçu olmaq haqda düşünmürdüm. Sadəcə, bu oyunu sevirdim, başqa heç nə barədə düşünmürdüm. 

Sonra 18 yaşımda öz doğma şəhərim Dortmund klubu ilə Bundesliqanın qalibi oldum. Hamı məni sevirdi. Sonra daha böyük klub - "Bavariya"ya keçəndə isə hamı mənə nifrət edirdi. Onlar mənə satqın deyirdilər. Amma mən bütün həyatımı Dortmunda keçirdiyimə görə yeni səyahət axtarırdım, ətrafımı dəyişmək istəyirdim". 

Qeyd edək ki, Mario Götze 2013-cü ildə "Borussiya"dan "Bavariya"ya keçib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
4
3
milli.az

4Mənbələr