AZ

Bayden Ukraynaya təxminən 5 milyard dollar borcunu silmək istəyir

ABŞ prezidenti Co Bayden Konqresə Ukraynanın iqtisadi yardım borcunun yarısını silmək niyyəti barədə sənəd təqdim edib. Ləğv məbləği təxminən 4,65 milyard dollardır.

Bunu Dövlət Departamentinin spikeri Metyu Miller deyib.

Konqres 2024-cü ilin aprelində təxminən 61 milyard dollarlıq Ukrayna Təhlükəsizliyi üzrə Əlavə Təxsisatlar Aktını dəstəklədi. Sənədin şərtlərində göstərilir ki, Ukraynaya iqtisadi yardım - təqribən 10 milyard dollar təmənnasız deyil, şərti qaytarılan kredit kimi verilir.

Bununla belə, Baydenin təqdim etdiyi sənəd ona bu kreditin 50%-ni bağışlamaq səlahiyyəti verir. Eyni zamanda, sənəddə bildirilir ki, 2026-cı il yanvarın 1-dən sonra qalan 50% ABŞ-ın növbəti prezidenti tərəfindən bağışlana biləcək.

Oxuməni.az

Seçilən
15
oxumeni.az

1Mənbələr