AZ

Moskva və Pxenyan arasında ticarət əməkdaşlığı sazişi imzalanıb

Rusiya və KXDR arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası haqqında protokol imzalanıb...

Poliqon xəbər verir ki, ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentıik qeyd edir ki, mərasimdə KXDR-in xarici iqtisadi əlaqələr naziri Yun Çjon Ho və Rusiya Federasiyasının təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, habelə Rusiyanın Şimali Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Alexander Matseqora iştirak edib.

Razılaşmaların imzalanması Pxenyandakı Mansude Qururltay Sarayında baş tutub.

Qeyd edək ki, noyabrın 12-də KXDR-in Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini rəsmən ratifikasiya etdiyi barədə məlumat yayılıb.

Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir. Müqavilə qeyri-müəyyən müddətə qüvvədə olacaq.

Müqavilə 23 maddədən ibarətdir və təkcə hərbi yardımı deyil, həm də ticarət, iqtisadiyyat, investisiya, elm və texnologiya kimi sahələrdə əməkdaşlığı əhatə edir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr