AZ

İlon Maskın ilk tapşırığı: Evdən işləməyə son qoyacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edilən iş adamı İlon Mask və sahibkar Vivek Ramasvaminin federal işçilərin sayını azaltmaq üçün əvvəlcə qurumlarda uzaqdan işləməyi dayandıracağı açıqlanıb.

News24.az CNN-ə istinadən xəbər verir ki, Mask və Ramasvaminin federal agentliklərdə uzaqdan işləməyi dərhal dayandırmağı planlaşdırdıqları, federal işçilərin "könüllü olaraq işdən çıxması" üçün hər kəsin həftənin 5 günü ofisə gəlməsini tələb etdikləri açıqlanıb.

Belə bir tələbin Vaşinqtondakı agentliklər kimi bir çox federal işçinin könüllü getməsinə səbəb olacağı, başqa yerlərə köçməsinə səbəb olacağı və bu, Trampın yeni administrasiyasına federal işçi qüvvəsindəki mövqeləri azaltmağa, hökumətin puluna qənaət etməyə kömək edəcəyi iddia edilib.

Mənbə bildirib ki, hökumət daxilində uzaqdan işləməyə son qoymaq "mütləq masadadır", lakin bunun federal hökumətə nə qədər pula qənaət edəcəyi bəlli deyil.

Digər tərəfdən, işlərini itirməmək üçün CNN-ə anonim danışan bəzi federal işçilər ofisə getməyə məcbur olmanın onları daha az məhsuldarlaşdıracağına inandıqlarını ifadə edərək, evdən işlədikləri zaman artıq iş saatı olmadan daha çox işlədiklərini qeyd ediblər.

Günel Məlikzadə


Seçilən
43
news24.az

1Mənbələr