AZ

Məzarların toxunulmazlığı – İslama görə qəbirlərin köçürülməsi günahdır?

Xəbər verildiyi kimi, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Tresti Keşlə qəbiristanlığından 5 məzarın başqa əraziyə köçürülməsiylə bağlı məlumat verib.

Qeyd edək ki, məzarlıqlar yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verməsi və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəydiyinə görə köçürülüb.

İslam dinində məzarlar, ölünün dəfn edilməsi və s kimi hallarla  bağlı müxtəlif qaydalar, özünəməxsus üsullar, o  cümlədən, günah sayılan əməllər var.

Maraqlıdır, məzarların köçürülməsi İslam dinində necə qarşılanır?

 

MÖVZU İLƏ BAĞLI:

Qəbir daşlarının qara rəngdə olması İSLAMA ZİDDİR?



Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində qəbri zəruri bir səbəb olmadan açmaq, köçürmək haram və günahdır. Yəni, insanın məzarı toxunulmaz hesab olunur.

Bəs hansı hallarda məzarı köçürmək olar?

“Məsələn, məzarın yol hissəsinə düşməsi, su altında qalması, körpü salınması halları kimi ciddi ehtiyaclar olmasa, qəbri açmaq qadağan və haramdır. Amma təhlükəli problem nəticəsində ölüyə ziyan dəyə bilərsə,  bu zaman köçürmək olar”- deyə Tural İrfan qeyd edib.

İlahiyyatçı bildirib ki, Ərəbistan Yarımadasında Peyğəmbərdən sonra səhabələrin dövründə də qəbirlərin köçürülməsi kimi hallar olub:

“Qəbirstanlığın köçürülməsi şəriət qaydalarına uyğun olmalı, ölüləri, sümükləri başqa yerə dəfn edərkən dini qaydalara riayət olunmalıdır.  Məzarlıq üçün ayrılan yer öncədən dəqiqləşməli, qaz xətlərinin, boruların olduğu təhlükəli yerlərdə qəbirstanlıq salınmamalıdır. Əgər həmin ərazidə gələcəkdə də belə hallar baş verə bilərsə, bütün qəbirlər köçürülməlidir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
38
1
bizim.media

2Mənbələr