Bir sıra Avropa İttifaqı ölkələri blokun müdafiə sənayesini gücləndirmək məqsədi daşıyan birgə müdafiə istiqrazları təklifini dəstəkləyib. Söhbət Almaniya, Fransa, İtaliya, İspaniya və Polşadan gedir.
"Aİ-nin hərbi istiqrazlarının müvafiq inkişafı Avropaya “Rusiyanın imperiya ambisiyalarına möhkəm müqavimət göstərməyə kömək edəcək".
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Almaniya, İtaliya və Fransadan olan həmkarları ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında deyib.
Bundan əvvəlki görüşdə İspaniya və Britaniyanın yüksək rütbəli diplomatları da videobağlantı vasitəsilə iştirak ediblər, bundan sonra bütün iştirakçı ölkələr tərəfindən birgə bəyannamə qəbul edilib.
Sikorskinin dediyi kimi, blokun nazirləri “Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıması və bu, NATO üzvləri arasında daha balanslı yük bölgüsünə dair razılığa gəliblər”.
"Putinin Rusiyası təkcə Avropa üçün deyil, həm də dünya nizamı üçün ən ciddi təhlükəsizlik təhdidlərindən biri olaraq qalacaq" deyə o bəyan edib.
Tədbir zamanı Aİ ölkələrinin xarici işlər nazirləri həmçinin Avropadan Ukraynaya hərbi dəstəyin gücləndirilməsini, yeni prezident Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları ilə əlaqələri müzakirə ediblər.
Oxuməni.az