AZ

Fermerlər üçün Bakı Harmoniyası...

İqlim Təşəbbüsü təmiz ekoloji ərzaq ekosistemi üzrə beynəlxalq əlaqələri koordinasiya edəcək

COP29 sammiti çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbiri keçirilib. COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirdə qlobal miqyasda iqlim dəyişikliklərinin qida təhlükəsizliyi, kənd təsərrüfatı və su resurslarına təsiri müzakirə edilib.

İqlim hədəfi həm də “yaşıl kənd təsərrüfatı”nı qurmaqdır

Qlobal iqlim dəyişiklikləri hazırda ən çox aqrar sahəyə zərər vurur. FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi Viorel Gutunun sözlərinə görə, da fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər. Təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da fermerl icmasına ciddi ziyan vurur. Buna görə də, dünya ölkələri aqrar sahədə yeni modellər, iqlimə davamlı isteshal-emal zəncirləri qurmağa çalışır. Onlardan ən müasir aqrar inkişaf modeli olan “yaşıl kənd təsərrüfatı”dır. 

“Yaşıl kənd təsərrüfatı” təbii ehtiyatların, biomüxtəlifliyin və ekosistem xidmətlərinin effektiv idarə olunmasını, eyni zamanda, cari və gələcək çağırışlara cavab verə bilən davamlı və dayanıqlı aqroekosistemlərin yaradılmasıdır ki, hazırda əksər ölkələr investisiyaları bu çərçivəyə əsasən müəyyən edir. Xüsusilə “yaşıl kənd təsərrüfatı”na keçid COP29-un proqramında yer əsas mövzulardandır. COP29 üçün 14 qlobal təşəbbüsündən biri kənd təsərrüfatının dayanıqlı inkişafında yerli və qlobal səviyyədə mübarizə metodlarının təşviqidir.

Bank sistemi aqrar sahəyə dəstək verəcək

Ölkəmiz bu meyilləri əsas götürərək “yaşıl kənd təsərrüfatı” ekositeminin möhkəmləndirmək üçün beynəlxalq təşkilatlar, o cümlədən FAO və qabaqcıl aqrar ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Aqrar sektorun  iqlim təsirlərinin qarşısını almaqda üzləşdiyi əsas çətinliklərdən buiri dayanıqlı maliyyə çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə təminatlı maliyyə resurslarının, eləcə də xarici sərmayələrin kənd təsərrüfatı sahəsinə axınını təşviq etmək üçün Azərbaycan aparıcı investisiya şirkətləri və bank sektoru ilə əməkdaşlığı artırmağı nəzərdə tutur. Bir neçə beynəlxalq qurumla ilkin razılaşmaya əsasən, su təchizatının yaxşılaşdırılması, müasir aqrotexniki və iqlim dostu təcrübəsindən istifadənin tətbiqi üzrə layihələr icra olunacaq. Həmçinin bank və maliyyə sektoru ilə bu istiqamətdə əməkdaşlıq gücləndiriləcək. Bank sektorunun qarşıdakı dövrə aid hədəfləri də “yaşıl kənd təsərrüfatı”nın inkişafına yönəlib ki, bu da aqrar hədəflərə uyğundur. Eləcə də Mərkəzi Bank tərəfindən ötən həftə təsdiqlənən “Yaşıl Taksonomiya” sənədində yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanmasında əsas prinsiplərdən biri kənd təsərrüfatında yaşıl layihələrə dəstək verməkdir.

COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, ölkəmizdə aqrar sahə məşğulluqda mühüm rol oynayır, ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sahəsində cəmləşib. Müasir iqlim hədəfləri bu sahəyə də xüsusi diqqət və yanaşmaları labüdləşdirir. Aqrar sahənin “yaşıl iqtisadiyyat”a  transformasiyası bütün COP ailəsi üçün mühüm prioritetlərndən biridir.

Aqroərzaq sistemlərinin sürətli transformasiyasına keçid

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun fikrincə, son 10 il ərzində aqroərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf etsə də, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqroərzaq sistemlərinin sürətli transformasiyasına və koordinasiyaya ehtiyac var. Kənd təsərrüfatında gözlənilən iqlim hədəflərinin qarşısını almaq üçün qlobal həmrəyliyin artırılması olduqca vacibdir. Bu baxımdan Bakı Harmoniya İqlim Təşəbbüsünə qoşulan COP ailəsi öz səylərini birləşdirməklə əsas məqsədə daha asan çata bilər. Bu platforma, həmçinin fermerlərin təcrübi biliklər əldə etməsi, rəqəmsal alətlərə çıxışı, dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə tanış olmasında əvəzsiz rol oynayacaq, kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək.

Beləliklə, Bakı Harmoniya İqlim Təşəbbüsü ərzaq və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərini bir platformada birləşdirmək və fermerlərə dəstək üçün əlçatan qaydalar hazırlamaq baxımından mühüm rol oynayır. Eyni zamanda, aqrar sahənin təmiz ekoloji ərzaq fazasında keçməsində beynəlxalq birliklə əlaqələrinin artmasında əlverişli imkanlar yaradacaq.

ELBRUS

Seçilən
17
50
yeniazerbaycan.com

10Mənbələr