AZ

17 yaşlı qızın qətlinin üstü 55 ildən sonra açılıb: 77 yaşlı kişi həbs edilib

Nebraska ştatının gənc sakininin qətli 55 ildən artıqdır ki, açılmamış qalıb...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məıumat yayıb.

Bildirilir ki, Oklahoma sakini, 77 yaşlı Cozef Ambroz bu yaxınlarda 17 yaşlı Meri Kay Hitin birinci dərəcəli qətlində ittiham olunaraq həbs edilib. Bu barədə Nebraska ştatının Sounders dairəsinin Şerif Ofisi və Prokurorluğu tərəfindən bildirililib.

“Qızın 1969-cu il martın 25-nə keçən gecə itkin düşdüyü bildirilir və onun cəsədi daha sonra gecə yarısı Vahounun cənubundakı yol kənarındakı xəndəkdə tapılıb”, deyə yerli hakimiyyət orqanları bildiriblər.

Hitin yaxınları bir gün onun qatilinin tapılacağına ümidlərini heç vaxt itirməyiblər. Bu illər ərzində ailə Facebook səhifəsi açaraq ictimaiyyətdən “həyatı bu qəzəbli qatil tərəfindən alınan” yeniyetmə üçün ədalətin təmin olunması üçün kömək istəyib.

Müstəntiqlər bu yaxınlarda Hitin cəsədini eksqumasiya etdilər, Lakin qızın qalıqlarının yenidən müayinə olunmasının Ambrozun həbsində hansı rol oynadığı hələ açıqlanmayıb.

Sonders dairəsinin şerifinin sözlərinə görə, Ambroza qarşı ittiham hələ açıqlanmayıb. Həbsxana sözçüsü bildirib ki, Ambroz bazar ertəsi nəzarətə götürülüb.

Poliqon.info

Seçilən
16
2
poliqon.info

3Mənbələr