AZ

Kanada şəhər şurası Kral Çarlza sədaqət andı içməkdən imtina edir

Kanadanın Yukon bölgəsindəki Douson şəhərinin şəhər şurası kral Çarlza məcburi sədaqət andı içməkdən imtina etdiyi üçün həftələrlə fəaliyyətini dayandırıb. Assambleya üzvləri yerli xalqlarla krallıq arasında tarixi problemləri əsas gətirərək and içməkdən imtina ediblər.

“İki sahil”in məlumatına görə, yerli hökumət qanunlarına əsasən, seçilmiş məmurlar and içməlidirlər. Bununla belə, bələdiyyə sədri seçilmiş Stiven Conson və şura üzvləri “Kral Çarlz və onun varislərinə sadiq qalacaqlarına” and içməməkdə qərarlıdırlar.

"Bu qərar Kral Çarlza qarşı hörmətsizlik məqsədi daşımır. Eyni zamanda, bu, Kanada daxilində Taxt-taca meydan oxumaq deyil", - deyə Conson bildirib.

Şura üzvləri vurğulayırlar ki, onların bu mövqeyi yerli xalqın tarixinə və kimliyinə hörmətin göstəricisidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr