Rus əsgərləri Pokrovski istiqamətində iki ukraynalı məhbusu soyundurub güllələyiblər.Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Noyabrın 10-da Donetsk vilayətinin Pokrovski rayonunun Novodmitrovka kəndi yaxınlığında hərbi cinayətin törədildiyi iddia edilir.Ukrayna Silahlı Qüvvələrinin iki əsgərini əsir götürən rus əsgərləri həmin şəxsləri lüt soyunmağa məcbur ediblər. Onlar silah gücünə bir meşə plantasiyasına aparıldıqdan sonra güllələniblər.Rusiya Silahlı Qüvvələrinin qeyd olunan mövqedə Ukrayna Silahlı Qüvvələrinin daha 3 yaralı əsgərini öldürməsi faktı da yoxlanılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Baş ağrısını kəsən təbii yollar
ABŞ Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına qarşı yeni qətnaməsini dəstəkləyir
Tez-tez çimməyin fəsadları