AZ

Özü ilə evlənən Britni Spirs adını dəyişdi

Dünya pop səhnəsinin ulduzu Britni Spirs atdığı addımı ilə gündəmə gəlib.

OLAY yazır ki, 42 yaşlı sənətçi 41,8 milyonluq instaqram səhifəsində yenidən adını dəyişib.

İndi Britnin oradakı adı - Xila Maria River Reddir.

Britni fitnes model Sem Əsgəridən boşandıqdan qısa müddət sonra River Red adını götürüb. Bununla o, qeyri-sabit psixi vəziyyətindən və qəribə davranışlarından narahat olan pərəstişkarlarını bir daha qorxudub.

Fevral ayında pərəstişkarları müğənninin instaqram hesabını silmək qərarından da narahatlıq keçiriblər. Bundan sonra izləyicilər onun sağ olub-olmadığını yoxlamaq üçün onun evinə polis çağırıblar. Spirs bu cür narahatlığı düzgün şəkildə qiymətləndirməyib. Pop ulduz, pərəstişkarlarını şəxsi həyatına hörmət etməməkdə günahlandırıb.

Britninin şəxsi həyatı da narahatlıq doğurur. Belə ki, Semdən boşandıqdan sonra o, tez-tez müxtəlif kişilərin əhatəsində görünürüb və sonradan 38 yaşlı ev işçisi Pol Solizlə görüşməyə başlayıb. Onunla mübahisə edən 42 yaşlı Britni Spirs tibbi yardımdan boyun qaçıraraq adını daha bir qalmaqala yazıb. Belə ki, Solizin əli bir neçə cinayət işində var. Onların nişanlanması ilə bağlı söz-söhbətlər yayılsa da, lakin müğənni “özünə ərə getdiyini” deyərək onları ələ salıb.

Seçilən
12
olay.az

1Mənbələr