AZ

Bakıda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
 
Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır

www.anews.az
Seçilən
21
12
anews.az

10Mənbələr