Aktual.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ukraynanın Rusiyanın dərinliklərinə 19 noyabrda ATACMS, 20 noyabrda isə "Storm Shadow” raketləri ilə zərbə endirməsi haqda qeyd edib.
O bildirib ki, burada hər kəsin - ABŞ, Britaniya, Fransa – öz marağı var:
"Rusiya qarşıdakı iki ay ərzində - Trampın Ağ Evdə işə başlamasına qədər maksimum dözməyə və vəziyyətin nəzarətdən çıxmasının qarşısını almağa çalışacaq”.