AZ

55 il əvvəl qətlə yetirilmiş 17 yaşlı qızın qatili tapılıb

ABŞ-da 55 il əvvəl törədilmiş qətlin üstü açılıb.

Azpost.info NBC News -a istinadən bildirir ki, Nebraska ştatının gənc sakininin qətli 55 ildən artıqdır ki, açılmamış qalırdı.

Oklahoma sakini, 77 yaşlı Cozef Ambroz bu yaxınlarda 17 yaşlı Meri Kay Hitin qətlində ittiham olunaraq həbs edilib. Bu barədə Şerif Ofisi və Nebraska Prokurorluğu bildirib.

Gənc qız 1969-cu il martın 25-nə keçən gecə itkin düşüb. Onun cəsədi daha sonra gecə yarısından sonra Vahounun cənubundakı yol kənarındakı xəndəkdə tapılıb.

Hitin yaxınları onun qatilinin tapılacağına olan ümidlərini heç vaxt itirməyiblər. Bu illər ərzində ailə Facebook səhifəsi açaraq ictimaiyyətdən həyatı qəzəbli qatil tərəfindən söndürülən yeniyetmə ilə bağlı  ədalətin təmin etmək üçün kömək istəyib.

Müstəntiqlər bu yaxınlarda Hitin cəsədini eksqumasiya edib. Qızın qalıqlarının Ambrosun həbsində hansı rol oynadığı hələ aydın deyil.

Dairənin şerifi Kris Licştenberqin sözlərinə görə, Ambrosa qarşı ittiham hələ açıqlanmayıb. O, bazar ertəsi nəzarətə götürülüb.

Seçilən
15
1
azpost.info

2Mənbələr