ABŞ prokurorları “Adani Group”un sahibi hindistanlı milyarder Qautam Adani də daxil olmaqla səkkiz nəfəri yüz milyonlarla dollar rüşvət verməkdə və bunu ABŞ investorlarından gizlətməkdə ittiham edib.

İndex.az xəbər verir ki, Nyu-Yorkun Şərq Bölgəsi Prokurorluğundan verilən açıqlamada, Hindistanın bərpa olunan enerji şirkətinin rəhbərləri Gautam Adani, Saqar Adani, Vnit Jain və daha beş nəfərin qiymətli kağızlar fırıldaqçılığı, elektron fırıldaqçılıq və müvafiq qanun pozuntusunda ittiham edildiyi bildirilib.

Bəyanatda iddia edilir ki, sözügedən şəxslər 2020-ci ildən 2024-cü ilə qədər 2 milyard dollardan çox gəlir gətirəcəyi gözlənilən sərfəli günəş enerjisi müqavilələrini təmin etmək üçün Hindistan rəsmilərinə 250 milyon dollardan çox rüşvət verjblər.

Bu layihələri təmin etmək üçün rüşvət vasitəsi ilə ABŞ investorlarını və maliyyə qurumlarını vəsait toplamaq üçün aldatdıqları iddia edildi.