AZ

ABŞ-da qanunsuz yaşayanlara qarşı sərt tədbirlərə hazırlıq gedir - Texasda 567 hektarlıq müvəqqəti saxlanma düşərgəsi yaradılır

Texas ştatının rəhbərliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa indidən jest edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ştat meri qanunsuz miqrantların deportasiyası üçün istifadə olunacaq müvəqqəti saxlanma məntəqəsinin tikintisi üçün ABŞ-Meksika sərhədində 567 hektarlıq ərazi ayırıb.

Ştatdan verilən məlumata görə, artıq Texas Baş Torpaq İdarəsi tərəfindən Trampa göndərilən məktubda bu ərazinin “ölkə tarixindəki ən böyük cinayətkar miqrant deportasiya əməliyyatı”nda onların deport sənədlərinin hazırlanmasına qədər müvəqqəti saxlanması müəssisələrindən biri olacağına əminlik ifadə olunub.

Texas Torpaq Komissarı Daun Bukingem "Fox News"a bildirib ki, təklif olunan ərazi düzlük bölgədədidr və tikinti üçün əlverişlidir: "Biz burada çox xərc tələb etmədən müvəqqəti həbsxana tikəcəyik. Biz Trampın qərarını birmıəanlı dəstəkləyir və bunun üçün nə lazımdırsa, edəcəyik".

Xatırladaq ki, Tramp vəzifəsinin icarsına başalyan kimi ordunun gücü ilə ölkəni milyonlarla miqrantdan təmizləyəcəəyini təkrar-təkrar bəyaan  edir: "Gərəkirsə, ölkədə fövqəladə vəziyytə elan edəcəyik. ABŞ təcavüzşülər və narkotacirlər üçün deyil..."

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
6
mia.az

1Mənbələr