AZ

Bayden administrasiyası Ukraynanın borcunun yarısını siləcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresə Ukraynanın 4,65 milyard dollarlıq kreditinin yarısını silinməsi ilə bağlı planları barədə məlumat verib. Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin xəbərinə görə, Dövlət Departamentinin Konqresə məktubunda deyilir ki, borcun ləğvi Ukraynanın müharibədə qalib gəlməsinə kömək etmək üçün “ABŞ və onun Aİ, G7 və NATO tərəfdaşlarının milli maraqlarına uyğundur”.

2024-cü ilin aprelində təsdiqlənən ABŞ-ın 60 milyard dollarlıq yardım paketinin bir hissəsi olaraq Ukraynaya 9 milyard dollar kredit verilib. “Bloomberg”in qeyd etdiyi kimi, kreditin yarısının silinməsi Donald Trampın vəzifəyə başlamasından əvvəl “Kiyevə dəstəyi gücləndirmək üçün atılan bir sıra addımların sonuncusu” olacaq.

“Bloomberg”in yazır ki, bu plan respublikaçıların etirazına səbəb olub. Kentukki ştatından olan senator Rand Paul, “Bayden administrasiyasını dayandırmaq” üçün Senatda səsvermə keçirməyi planlaşdırdığını bildirib, çünki onun qərarı borc yükünü amerikalıların üzərinə atır. “Bloomberg” qeyd edir ki, demokratların hələ də Senata nəzarət etdiyini nəzərə alsaq, bu qətnamənin qəbul olunma ehtimalı azdır.

“The Wall Street Journal” yazır ki, Trampın prezident seçkilərində qələbəsindən sonra Ağ Ev Ukraynaya hərbi yardımın göndərilməsini sürətləndirməyə qərar verib. 

Noyabrın 17-də “The New York Times” və ardınca digər nəşrlər yazıb ki, Bayden administrasiyası Kiyevə Kursk bölgəsində əməliyyatda iştirak edən Ukrayna Silahlı Qüvvələri bölmələrini qorumaq üçün Rusiyanın dərinliklərindəki hədəfləri uzaqmənzilli ATACMS raketləri ilə vurmağa icazə verib. 

Seçilən
17
buta.media

1Mənbələr