AZ

Bakıda şirkət 20 min manat cərimələnib

Bakı Şəhər Nizami Rayon Məhkəməsi “R.İ.V. Steel” MMC-yə qarşı tərtib edilən inzibati protokola dair dünən baxılıb.

FED.az xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən iclasda “R.İ.V. Steel” MMC barəsində İnzibati Xətalat Məcəlləsinin 192.1 maddəsi ilə tərtib edilən inzibati tənbeh tətbiq edilib.

İnzibati tənbehi tərtib edən tərəf isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idi.

İXM-nin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Prosessual qaydaya əsasən, şikayətçi tərəf 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət vermə imkanını əlində saxlayır.

Xatırladaq ki, “R.İ.V. Steel” MMC 2017-ci ildə təsis edilib və 10 manat cəmi nizamnamə kapitalına sahibdir. Şirkətin direktoru Ricad Cəfərov Ramiz oğludur.

Seçilən
30
fed.az

1Mənbələr