AZ

59 yaşlı qadın: "Yaş sadəcə bir rəqəmdir"

Kanadada yaşayan 59 yaşlı Donna Jean bir saat ərzində 1575 dəfə təkanla qolları üstə qalxaraq Ginnesin Rekordlar Kitabına düşüb. 12 nəvəsi olan Donna Jean bu uğuru ilə ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.

Bununla da, "Yaş sadəcə bir rəqəmdir. İnsan özünə inandıqdan sonra nəyə nail ola biləcəyini görməlidir. Həyatım boyu aktiv olmağı hədəfləyirəm" deyə qadın bildirib.

Oxuməni.az

Seçilən
45
oxumeni.az

1Mənbələr