Su icması olaraq iqlim fondlarının iqlim layihələrində suyu daha çox nəzərə almasını təmin etməliyik.
APA xəbər verir ki, bunu UNECE-nin (Avropa İqtisadi Təşkilatı) Su Konvensiyasının katibi Sonja Koeppel "İqlim üçün Su: Su Həlllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
O bildirib ki, məsələn, Plin hövzəsi, Volta hövzəsi və ya Victoria hövzəsi üçün uyğunlaşma fondu transsərhəd layihələrin maliyyələşdirilməsinə başlayıb.
“Su konvensiyası bu istiqamətdə kömək edə bilər, məsələn, qlobal hövzələr şəbəkəsi və iqlim uyğunlaşması işində. Su və İqlim üzrə İşçi Qrupu gələn ilin mart ayında Cenevrədə keçiriləcək Qlobal İqlim Dəyişikliyi Workshopu ilə birlikdə yenidən toplanacaq və sizi ora dəvət edirəm. Nəhayət, düşünürəm ki, İqlim üçün Su üzrə Bakı Dialoqu bu mövzuları daha qlobal səviyyədə vurğulamaq üçün vacib rol oynayacaq”- Sonja Koeppel əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta