AZ

ANAMA və “TikTok” şirkətinin nümayəndə heyəti mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarəHeyətinin sədri Vüqar Süleymanov “TikTok” şirkətinin Şərqi Avroparegionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinindirektoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrəməsləhətçisi Emin Axundovla görüş keçirib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi(ANAMA) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nümayəndə heyətinə ölkəmizinişğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbisursat problemi, ərazilərin nizamsız minalanması və bu probleminaradan qaldırılması istiqamətində həyata keçirilən humanitarminatəmizləmə fəaliyyəti barədə məlumat verilib.

Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatıngenişləndirilməsi, mövzu üzrə geniş auditoriyanınməlumatlandırılması məqsədilə “TikTok” şirkəti ilə əməkdaşlığınqurulması və bu istiqamətdə aktual məzmunların yaradılmasıətrafında fikir mübadiləsi aparılıb.

ANAMA
ANAMA
Məqalədə:
Seçilən
38
4
az.trend.az

9Mənbələr