AZ

Orxan Fikrətoğlunu ələ saldılar: “Zorxana leksikonu, populist tv aparıcısı mövqeyi...

"Filmlər artıq pavilyonlarda istehsal olunur. Süni intilekt,dijital zəka, pavilyonda canlandırılan arxa fon, təsvir özəllikləri… Və ən nəhayət, mənim bu reallığı Azərbaycana gətirdikdən sonra çəkəcəyim əziyyət…"

Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu bir müddət C. Cabbarlı adına "Azərbaycan" telefilmin rəhbəri olmuş Əməkdar incəsənət xadimi, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib.

O, "Facebook" hesabındakı postunda daha sonra qeyd edib: "Bu reallıqda çalışacaq kadrların yetiişdiriməsi problemi, naşı və qeyri-peşəkarların sektora atacağı çamur, ”köhnələr”in mövqe savaşları, bizə qarşı təşkil edilmiş muzdlu çirkab mətnlər…

Amma yeni kino bütün bu iyrəncliklərə özü cavab verəcək.

Yaxşı filmlərə qaranlıqda baxmaq üçün əvvəlcə o filmləri çəkəcək sektora gur və parlaq işıq salmaq lazımdır.

Biz bu gün bu işığı təmin edirik".

O. Fikrətoğlunun "yeni reallıq" yaratması barədə iddiası, kimlərinsə ona qarşı guya "muzdlu çirkab mətnləri" yazması kino icmasında ciddi etirazla qarşılanıb.

Seçilən
6
3
publika.az

4Mənbələr