AZ

"Sülhün güc yolu ilə bərqərar olmasının alternativi yoxdur" - XİN rəhbəri

Ukrayna suverenliyi və ya ərazi bütövlüyü ilə bağlı kompromisləri nəzərdə tutan yarımçıq həll yolları ilə heç bir təşəbbüsü qəbul etməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibıqa Vaşinqtonda Helsinki Komissiyasının iclasında çıxışı zamanı deyib.

"Biz Ukraynada bilirik ki, yaşamaq üçün ontoloji mübarizə şəraitində yarımçıq həll yollarına yer yoxdur. Yarımçıq tədbirlər yalnız yarı nəticə verir. Və ölüm-dirim vəziyyətlərində yarımçıq həll həyat deyil, ölümdür", - deyə Ukrayna diplomatiyasının rəhbəri vurğulayıb.

O qeyd edib ki, Ukraynada yaranmış vəziyyət təkcə iki dövlət arasında münaqişə deyil, bu, bir dövlətin digər dövlətə təcavüzüdür: "Burada heç-heçə ola bilməz, Putin Rusiyası kimi qəddar və qeyri-qanuni rejimlə müharibə şəraitində güc yolu ilə sülhün bərqərar olmasının alternativi yoxdur. Ukrayna bizim suverenliyimizə və ərazi bütövlüyümüzə güzəştə getməyi nəzərdə tutan heç bir təşəbbüsü qəbul etməyəcək. Bizim iştirakımız olmadan hazırlanmış heç bir təşəbbüsü qəbul etməyəcəyik". 

Ağarza Elçinoğlu

Seçilən
6
unikal.az

1Mənbələr