AZ

ABB-nin on minlərlə müştərisiYAŞAT Fonduna ianə etdi

ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 770 müştəri seçib.

Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.

İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
2
12
banco.az

10Mənbələr