AZ

Tramp onu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi təyin edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəkil Metyu Uitakerin namizədliyini ABŞ-ın NATO-dakı daimi nümayəndəsi vəzifəsinə irəli sürüb.

Hokm.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“O, NATO müttəfiqlərimizlə münasibətləri gücləndirəcək, sülh və sabitliyə qarşı təhdidlər qarşısında möhkəm dayanacaq”, – Trampın bəyanatında deyilir.

Trampın 2017-2021-ci illərdə prezidentlik dövründə üç ay baş prokuror vəzifəsində çalışmış Uitaker Trampın ikinci müddətində siyasətin formalaşması üzərində işləyən sağçı beyin mərkəzi olan America First Policy Institute ilə fəal əməkdaşlıq edib. O, ABŞ xüsusi prokurorunun Trampın 2016-cı ildəki uğurlu prezidentlik kampaniyası ilə Rusiya rəsmiləri arasında əlaqələrə dair araşdırmasının ən qızğın tənqidçilərindən biri kimi tanınır.

Seçilən
15
3
hokm.az

4Mənbələr