AZ

Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək

Şotlandiya parlamentində “COP29-un sülh quruculuğu səyləri və COP atəşkəs təşəbbüsü” adlı qətnamə irəli sürülüb.

 

Senzor.az bildirir ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır. COP29-da iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyi sənəddə qeyd olunur.

 

Sənəddə həmçinin, dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran “COP atəşkəs” təşəbbüsünə dəstək ifadə olunur.

 

COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirilir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.

 

Qeyd edək ki, sözügedən qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.

Seçilən
9
36
senzor.az

10Mənbələr