AZ

Azərbaycanın idxalı 17%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39 milyard 378 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 142 milyon dollar və ya 9,5% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 22,5% azalaraq 22 milyard 742 milyon ABŞ dollarına enib. İdxalı isə 17,4% artaraq 16 milyard 636 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 6 milyard 105 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə az olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
20
banco.az

1Mənbələr