AZ

ÜMT COP29-da su mövzusuna dair analitik qeyd təqdim edib

Bakı. Trend:

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) COP29 çərçivəsində sumövzusu üzrə analitik qeyd təqdim edib.

Trend xəbər verir ki, bunuÜMT-nin ekspertlər qrupu nümayəndəsi Nikolas Franke COP29çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinininteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqliminqarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmimasada bildirib.

"Artıq bir ildən çoxdur ki, ÜMT-nin ekspertlər qrupu iqlimdəyişikliyinin təsirlərinin su ehtiyatlarına təsirini öyrənir. Buiş bir çox hökumətlərin, o cümlədən bizə bu vəzifənin icrasındadəstək üçün məsləhətçi təmin edən Avstraliyanın dəstəyi ilə həyatakeçirilir. Nəticədə COP29-da bu mövzuya həsr edilmiş analitik qeydtəqdim olundu.

Sənəddə su ehtiyatlarının və su təchizatı və sanitariyasahəsində xidmətlərin iqlim dəyişikliklərinin təsirlərininazaldılması kontekstindəki rolu ilə bağlı əsas məsələlər müəyyənedilib. Bu material hökumətlərə və beynəlxalq təşkilatlara iqlimməqsədlərinə nail olmaqda kömək etməyi hədəfləyir.

Biz artıq su ilə iqlim dəyişikliklərinə uyğunlaşma arasındakıfundamental əlaqə və su ehtiyatlarının adaptasiya planlarındanəzərə alınmasının vacibliyi barədə çox şey bilirik. Məsələn,əvvəlki COP-da qlobal adaptasiya planı qəbul edildi, bu plan suqıtlığı və təhlükələrlə bağlı konkret hədəfləri əhatə edir. Lakinsuyun iqlim dəyişikliyinin təsirlərinin azaldılmasındakı rolu və buaspektlərin Paris Sazişi çərçivəsində milli səviyyədə müəyyənedilmiş töhfələrə (NDC) inteqrasiyası hələ tam başa düşülməyib.

Ümid edirik ki, bu analitik qeyd su ehtiyatları ilə iqlimdəyişikliklərinin təsirlərinin azaldılması arasındakı əlaqəni dahadərindən anlamağa və ölkələrə müvafiq tədbirləri hazırlayıb tətbiqetməyə kömək edəcək", – deyə Nikolas Franke bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
3
1
az.trend.az

2Mənbələr