Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahla hücuma məruz qalıb.
Qaynarinfo-nun məlumatına görə, rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib.
Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib.
Əhməd